NEHRƏM QƏSƏBƏSİNDƏ TƏDBİR KEÇİRİLİB.

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nehrəm qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəyə ilk Prezident seçilməsinin 20-ci il dönümünü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda şəhadətə ucalan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Giriş nitqi ilə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova qeyd etmişdir ki, 2003-cü il 15 oktyabr tarixdə keçirilən seçkilərdə 76 faizdən artıq səs çoxluğu ilə  Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davaçısı olan Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalqımız İlham Əliyevi Prezident seçməklə Ümummilli Liderə sevgisi və inamını bir daha sübut etdi. Prezident seçilən Cənab İlham Əliyev ardıcıl olaraq həyata keçirdiyi islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi müdafiə qüdrətini daha da güçləndirmiş və 44 günlük vətən müharibəsində parlaq qələbənin qazanılmasına nail olmuşdur. Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsiz Şurasına qeyri daimi üzvü seçildi, beynəlxalq aləmdə Ermənistanın işğalçı dövlət olduğu sübut olundu. Müharibədən sonra Azərbaycanda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dünya dövlətlərinə nümunə sayıla bilər. Şəhidlərin xatirəsini əbədiləşdirilməsi üçün lazımi tədbirlər görülür. Belə ki, Babək rayonunun mərkəzi olan Babək şəhərində tikintisi aparılan Şəhidlərin Memorial Abidə Kompleksi bunun əyani sübutudur. Ötən 20 il ərzində ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin Komandanlığı ilə 19 sentyabrda başlanan Antiterror əməliyyatı 24 saat tamam olmamış qələbə ilə başa vuraraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.     

       Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahil İbrahimlinin, Nehrəm qəsəbə Sahə Xəstəxanasının baş həkimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Hüseyin Niftəliyevin mövzu ətrafında çıxışları dinlənilmişdir.

 

         Sonda film nümayiş olunub.