QAHAB KƏNDINDƏ TƏDBIR KEÇIRILIB.

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qahab kəndində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəyə ilk Prezident seçilməsinin 20-ci il dönümünü münasibətilə tədbir keçirilib.

Tədbirdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda şəhadətə ucalan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Hacıyev Asif Məhərrəm oğlu, Qahab kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi İsmayılov Rasim Vəliyullah oğlu, Qahab kənd sakini, ziyalı Qasımov Qasım Əsəd oğlu, kənd sakini, ağsaqqal Qasımov Qasım Firudin oğlu, Naxışnərgiz kənd tam orta məktəbinin direktoru Əhsən Hənifəyev Elbrus oğlu öz çıxışlarında ölkə Prezidenti Cənab İlham Əliyev 20 illik fəaliyyəti dövründə nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandığını, ötən  dövr ərzində Azərbaycanın iqtisadi imkanlarının genişləndirildiyi, regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirildiyi qeyd edilib.

Tədbirin sonunda film nümayiş olunub.