“QUBADLI ŞƏHƏRİ GÜNÜ” qeyd olunub

Babək Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Qubadlı şəhəri günü qeyd edilib. Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova qeyd etmişdir ki, bu gün - oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini bəyan etmişdir.

Qubadlı şəhəri işğaldan azad edildikdən sonra Möhtərəm Prezidentimiz İlham Əliyev həmin ərazilərə səfər etmiş, səfəri zamanı şəhərin yenidən dirçəlişi, abadlaşması, orada yaşayan sakinlər üçün hər bir şəraitin yaradılması məqsədilə bir sira obyektlərin, avtomobil yollarının tikintisinin aparılması üçün tapşırıqlar  verdiyini və ən əsası isə ölkə Prezident  İlham Əliyevin 2023-cü il iyul ayının 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcəyini qeyd etmişdir.

Daha sonra mövzu ətrafında Kültəpə kənd tam orta məktəbinin direktoru Ruqiyyə Məmmədova və həmin məktəbin Tarix müəllimi Aytən Quluzadə çıxış etmişdir.

Sonda şagirdlərin ifasında bədii qiraət və musiqi təqdim edilmişdir.