Rayon İcra hakimiyyəti başçısının kəndlərdə sakinlərlə səyyar qəbulların keçirilməsi davam edir.

  Qəbulda kənd sakinləri, yerli icra və bələdiyyə  nümayəndələri iştirak etmişlər.  Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.

  Rayon rəhbəri sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.

  Görüşdə  kənd sakinləri  əkin sahələrinin suvarılması,işlə təmin olunma, kənddə uşaq bağçasının və məktəb binasının tikilməsi kimi məsələləri rayon rəhbərinin nəzərinə çatdırdılar.

  Vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən Rasim Hüseynov İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələlərin həlli istiqmətində əlaqədar təşkilat rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyələrini vermiş,bəzi müraciətlər yerində həll edilmiş, səlahiyyətlərə aid olmayan məsələləri isə aidiyyatı qurumlara çatdırmaq üçün qeydiyyata götürmək barədə göstəriş vermişdir.

  Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf və sabitlik üçün, Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.