Rayonun Məmmədrza Dizə kəndində növbəti səyyar qəbul keçirilib.

İyulun 4-də Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov tərəfindən rayonun Məmmədrza Dizə kəndində səyyar qəbul keçirilib. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında yerli əhalinin gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin həllinə nail olunması məqsədilə təşkil edilən görüşdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.

Qəbulda sakinlərin müraciətləri dinlənilmiş və həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Sonda sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradıldığı üçün ölkə başçısı Cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.