Şəhid Ramazanov Rasim İsmayıl oğluna həsr olunmuş tədbir keçirilmişdir.

26 iyul 2024-cü il tarixində Babək rayonunun Babək şəhərindən olan şəhid Ramazanov Rasim İsmayıl oğlunun mövlüd günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, Babək Rayon İcra Hakimiyyəti başçısının müavini, Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Babək Rayon Dini İcmasının sədri, şəhid ailələri, qazilər və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etmişdir.

Tədbirdə çıxışlar edilmiş, şəhidin ruhuna dualar oxunmuş və məktəbin şagird kollektivi tərəfindən şeirlər səsləndirilmişdir.