22 iyun 2023-cü tarixdə Naxçıvan şəhəri, Gənclik Mərkəzində rayonun Yarımca kəndindən olan şəhid Vəlizadə İbrahim Malik oğlunun əziz xatirəsinə həsr olunan tədbir keçirilmişdir. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin, Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları, şəhid ailələri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak etmişdir.