Bu gün Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov Şıxmahmud kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatının şöbə müdirləri, Şıxmahmud inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şıxmahmud bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Babək rayonu və ətraf kəndlərdə aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Görüşdə iştirak edən kənd sakinləri Şıxmahmud kəndində yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.