Sentyabrın 21-də Babək rayonunun Vayxır kəndində "Səyyar Gənclər Xidməti" layihəsinin növbəti tədbiri keçirilib.

      Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


    Tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkanlardan söhbət geniş açmışdır. İcra başçısı bildirib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı olan olan Prezident cənab İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.Bu cür tədbirləri keçirməkdə əsas məqsəd gənclərin vətənpərvərlik ruhunda yetişməsi, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsidir.Ovni Muradov "Səyyar Gənclər Xidməti" layihəsinin fəaliyyətinə uğurlar arzulayıb.


   Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondu Naxcıvan Filialının direktoru Arzu Qasımov, Vətən Müharibəsi qazisi Abbasəli Tarverdiyev çıxış edərək layihənin əhəmiyyətini vurğulayaraq, gənclərə uğurlar arzulayıblar.


    Tədbir gənclərinin ifasında konsert proqramı ilə davam edib. Sonra gənclər müxtəlif mövzularda təlimlər və həvəskar idman yarışlarında iştirak ediblər.


    Sonda iştirakçı gənclərə müxtəlif hədiyyələr təqdim edilib.