TƏDBİR KEÇİRİLİB.

Zeynəddin kənd tam orta məktəbində Zəfər günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hacı Hacıyev, məktəbin direktoru Raifə Əsgərova çıxışlarında 44 günlük zəfərin qazanılmasında xalq-ordu birliyinin gücündən, ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsindən, 2023-cü ilin sentyabrında aparılan antiterror əməliyyatlarında düşməni döyüş meydanından sildiyini, düşmənin tərksilah olunması və texnikalarını döyüş meydanında qoyaraq qaçdıqlarını, 24 saat belə çəkmədən düşmənə layiqli dərs verərək dövlətimizin ərazi bütölüyünün təmin olunması Azərbaycanın növbəti qələbəsi olduğunu qeyd ediblər.

Ölkə Prezidenti Cənab İlham Əliyevin dediyi kimi mən nəyi, necə və nə zaman edəcəyimi yaxşı bilirəm. Və ölkə Prezidenti zamanı düzgün seçməklə ərazi bütövlüyümüzü tam bərpa edərək ata vəsiyyətini yerinə yetirdi.

 

 

 

 

 

 

 

Sonda şəhid ailələri və qazilər bu cür tədbir hazırlandığı üçün öz minnətdarlıqlarını bildirdilər.