“Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

 

 

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini  Səbinə Abbasova, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası İctimai Birliyi Babək Rayon Şöbəsi sədri Vəliqulu Həsənov və Uzunoba kənd tam orta məktəbin hərbi rəhbəri  Hüseyn   Həsənov   çıxışlarında   Ümummilli   Lider   Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına qələbəni bəxş etmiş müzəffər orduya çevrildiyini, aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğu qeyd olunub.

Tədbirdə dövlət sərhədlərimizin etibarlı əllərdə möhkəm qorunduğu, işğaldan azad olunan, düşmən tərəfindən tamamilə dağıdılmış ərazilərdə sürətli bərpa-quruculuq işlərinin getdiyi; Qarabağ və Şərqi Zəngəzura həyat sürətlə qayıtdığı vurğulanmışdır.

Ulu Öndərin vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandanımızın Şuşanın azad olunması xəbərini müqəddəs məkanımız olan Şəhidlər xiyabanında xalqa müraciətində bütün dünyaya bəyan etdiyi zaman dediyi sözlər illərin həsrətinin bitdiyi an, Zəfər tariximizə vurulan möhür oldu.

Prezident İlham Əliyev xalqa müraciətində demişdir: "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun "dünya azərbaycanlıları!"

 

 

Sonda Zəfər günü ilə əlaqədar hazırlanmış film nümayiş olunub.