“Ulu Öndər: Dəyərlərimizin Xilaskarı” adlı intelektual yarış keçirilib.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 26-28 oktyabr 2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikasında “Ulu Öndər: Dəyərlərimizin Xilaskarı”  adlı tədbir keçirilib.

Keçirilən tədbirdə “Dəyərlərimizi öyrənək” adlı intelektual yarışda Babək rayonunu təmsil edən  gənclərdən ibarət “Dəmir yumruq” adlı komanda da iştirak etmiş və 1-ci yerin qalibi olub.