Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Babək rayonunda tədbir keçirilmişdir.

18 sentyabr 2023 – cü il tarixdə Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Babək Rayon Mədəniyyət Sarayında “Milli Musiqi Günü” ilə bağlı “Heydər Əliyevin milli musiqimizin inkişafında rolu” başlığı altında tədbir    keçirilmişdir.

       Keçirilən tədbirdə Xalqımızın Ümummilli Lider Heydər Əliyevin, dahi bəstəkar Üzeyir   Hacıbəyovun və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

     1995-ci ildə  Ümummilli Lider HeydəƏliyevin dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alındığı və Heydər Əliyevin  dahi bəstəkar Üzeyir Hacıbəyov  haqqında  dediyi dəyərli:  “Üzeyir  Hacıbəyov   fövqəladə   fitri  istedadı  ilə, böyük fədakarlığı, mükəmməl təhsili, elmi ilə, vətənpərvərliyi, ictimai – siyasi   fəaliyyəti  ilə  Azərbaycan  xalqının böyük  şəxsiyyətlərindən biri  olmuş, dünya korifeylərinin ön sıralarında duran və Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur” sözlər tədbir iştirakçılarına çatdırılmışdır.

         Tədbirin bədii hissəsində Azərbaycanın bəstəkar və xalq musiqiləri səsləndirilmiş, saz havaları ifa edilmiş, “Arşın mal alan” və “O olmasın bu olsun” filmlərindən parçalar nümayiş etdirilmişdir. 

Tədbirdə Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə IV sinif şagirdi İbrahim Məmmədli və V sinif şagirdi Şahin İsmayılov Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq İncəsənət Festivalının paytaxtda keçirilən final mərhələsində iştirak etdiklərinə görə və onların müəllimləri Heydər Abdullayev, Yasin Alməmmədov konsertmeyster: Rəfiqə Alməmmədova, həmçinin “Milli Musiqi Günü” münasibətilə təşkil olunmuş tədbir iştirakçılarına təşəkkürnamələr və hədiyyələr təqdim olunmuşdur.

Tədbirin sonunda “Milli Musiqi Günü” münasibətilə təşkil olunmuş sərgiyə baxış olmuşdur.