Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 34-cü ili tamam olur.

“Ümumxalq Hüzn Günü” ilə bağlı Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun hüquq-mühafizə orqanları, idarə, təşkilatları və şəhid ailələri ilə birlikdə Babək şəhərində yerləşən Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunaraq şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, gül dəstələri düzülüb. Sonra Babək Rayon İcra Hakimiyyətinin başçısı və müavinlərinin iştirakı ilə  Babək şəhəri, qəsəbə və kəndlərdə yerləşən şəhid məzarları ziyarət olunaraq, gül dəstələri qoyulub.